Ölkə futbolu

“Sabah” bölgələrdə seçimlərə başlayır

“Sabah” Futbol Akademiyası “Azerlotereya”nın təşkilatçılığı ilə bölgələrdə seçimlərə başlayır.

İdmanxeber.az xəbər verir ki, akademiyanın məşqçilər heyəti 29-30 aprel tarixlərində, Tərtər şəhərində 2010-2015-ci il təvəllüdlü uşaqlar arasında seçimlər edəcəklər.

Seçimlər saat 11:00-da, Tərtər Olimpiya İdman Kompleksində keçiriləcək və Tərtərlə yanaşı, Ağcəbədi, Ağsu, Naftalan, Bərdə, Yevlax və Goranboy rayonlarını əhatə edəcək.

Qeyd edilmiş rayonlardan uşaqların gətirilməsi üçün avtobuslar ayrılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43