”Beşiktaş” Salih Uçanla yeni müqavilə uzatmaq istəyir.
İdmanxeber.az insayder Ertan Süzgünə əsasən xəbər verir ki, İstanbul klubu türkiyəli yarımmüdafiəçinin bu mövsümün sonunda bitəcək sözləşməsini artırmaq üçün danışıqlara başlayıb.
Salih 2021-ci ilin yayından “Beşiktaş”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.