Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutacaq.
Günün ilk matçında “Səbail” öz meydanında “Turan Tovuz”u qəbul edib. Görüş bərabərliklə başa çatıb – 1:1. Xalını 38-ə yüksəldən “Səbail” 6-cı, Tovuz təmsilçisi isə 36 xalla 7-ci yerdədir.
İkinci oyun isə “Sabah”la “Zirə” arasında baş tutub.. “Bank Respublika Arena”da keçirilən qarşılaşma qonaqların qələbəsiylə başa çatıb – 0:1. “Zirə” bu qələbədən sonra xalını 42-yə yüksəldərək 3-cü pilləyə yüksəlib. “Sabah” isə 40 xalla 4-cü yerdədir.
“Səbail” – “Turan Tovuz” 1:1
Qollar: Pedro Nuno, 21 – Fərid Nəbiyev, 45+4
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Fərid Hacıyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
“ASCO Arena”, 16:30
“Sabah” – “Zirə” 0:1
Qol: Ruan Renato, 24
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Azər Əsgərov
“Bank Respublika Arena”, 19:00