Ölkə futbolu

Rəşad Sadıqov: “Üç gün sonra bizi vacib kubok matçı gözləyir”

“Əvvəlki dövrlərdə də “Sabah”la aramızda baxımlı oyunlar olmuşdu. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Hər iki komanda qələbəyə layiq idi. Biz son vuruşlarda bir az uğurlu olduq. Vacib 3 xal qazandıq. Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah” – “Zirə” (0:1) görüşündən sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov deyib.

Sadıqov yeni transferləri Araz Abdullayev barədə isə bunları deyib:

“Gözlədiyimdən daha yaxşı Arazdır. Uzun müddətdir futboldan kənarda qalıb. Çalışacağıq ki, formasını bərpa etsin. Araz istedadlı futbolçularımızdandır. Onu klubsuz görmək hamımız üçün məyusedicidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43