“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino komandasının İngiltərə Premyer Liqasını qazanmaq arzusunda olduğunu bildirib.
İdmanxeber.az məlumat verir ki, o, arzusunun bir gün reallaşacağını deyib:
“Biz Premyer Liqanı qazanmaq istəyirik, bir gün bu olacaq. Azarkeşlərimiz başa düşməlidirlər ki, biz fərqli ideyalarla yeni layihə üzərində işləyirik”.
London klubu hazırda Premyer Liqada 27 turdan sonra 39 halla 11-cidir.