“İnter” “Mançester Yunayted”in müdafiəçisi Aaron Van-Bissakani transfer etmək istəyir.
İdmanxeber.az məlumat verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. İtaliya klubu ingilis futbolçuya görə 15 milyon avro ödəməyə hazırdır.
Van-Bissaka 2019-cu ildən MY-də çıxış edir. 25 yaşlı futbolçunun “qırmızı şeytanlar” ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.