22 Dekabr 2024
Ölkə futbolu

Premyer Liqa: “Neftçi”nin oyunu birinci, “Sabah”ın matçı sonuncu oldu

Azərbaycan Premyer Liqasında ilk tura yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun azarkeşlər tərəfindən ən çox maraq göstərilən matçı “Neftçi” – “Turan Tovuz” qarşılaşması olub. “Neftçi Arena”da keçirilən matçda 4500 tamaşaçı qeydə alınıb.

Masazırda baş tutan “Sabah” – “Şamaxı” görüşündəki azarkeş sayısı isə 503-dür. Bu, turun ən zəif göstəricidi.

Digər qarşılaşmalarda qeydə alınan azarkeş sayı belədir:

“Araz Naxçıvan” – “Qarabağ” (1:4)

“Liv Bona Dea Arena”, 600 tamaşaçı:

“Sumqayıt” – “Kəpəz” (2:0)

 M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 1200 tamaşaçı

“Zirə” – “Səbail” (4:1)

Zirə İdman Kompleksinin stadionu, 750 tamaşaçı


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43