“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyesa karyerasını “Liverpul”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun özü də İngiltərədə oynamaq niyyətindədir. Müqavilə məsələlərində heç bir problemin olmayacağı qeyd edilir.
Kyesa 2022-ci ilin yayından Turin komandasında çıxış edir. O, komandanın heyətində 131 oyun keçirib, 32 qol vurub və 23 məhsuldar ötürmə edib.