Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.
İdmanxeber.az-ın məlumatlna görə, Ağdam təmsilçisi Zaqreb “Dinamo”su (Xorvatiya) ilə Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılaşıb. Görüş qonaqların qələbəsiylə başa çatıb – 2:0.
Bu nəticənin ardından Çempionar Liqası ilə vidalaşan “Qarabağ” yoluna Avropa Liqası qrup mərhələsində davam edəcək.
Oyunu ingiltərəli tanınmış referi Maykl Oliver idarə edib.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
28 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Zaqreb, Xorvatiya) 0:2
Qollar: Marko Pyaça, 33 (0:1), Mateus Silva, 54-avtoqol (0:2)
Hakimlər: Maykl Oliver, Stuart Burt, Lee Betts, Kris Kavanaq (İngiltərə)
VAR: Stüart Attvell
İlk oyun – 0:3