“Omoniya”nın iki futbolçusu “Zirə”yə qarşı keçiriləcək cavab oyununu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, söhbət Haralambos Haralampus və Nikolas Panayotudan gedir. İki oyunçu dasabahkı matçda iştirak edə bilməyəcəklər.
Oyunçular zədəli olduqları üçün Bakıya gətirilməyib.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq. İlk oyunda “Zirə” 0:6 hesabı ilə məğlub olub.