25 Sentyabr 2024
Ölkə futbolu

Millimiz İstanbul şəhərində təlim-məşq toplanışında olacaq

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olacaq.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 17:00-da və 14:00-da start götürəcək.

No Ad, soyad Klub
1 Məhdi Həsənov Neftçi
2 Rauf Əyyubov Sabah
3 Həzrət Səmədov Sabah
4 Elşən Atakişiyev Neftçi
5 Fərid Cabbarlı Zirə
6 Əlibəy Mahmudov Sabah
7 Tunar Muradov Sabah
8 Kamil Məmmədov Neftçi
9 Rəvan Teymurov Qarabağ
10 Zeyd Nəsirulla Hertha Zehlendorf, Almaniya
11 Murad Qurbanov Zirə
12 İbrahim Xəlilov Sabah
13 Elvin Vəliyev Neftçi
14 Vusal Kərimov Neftçi
15 Nihad İsaqov Kəpəz
16 Əli Qazibəyov Qarabağ
17 Abdulaziz Cabbarlı Qarabağ
18 İbrahim Babayev Servette FC 1890, İsveçrə
19 Nihat İsgəndərov Qarabağ
20 İslam Həsənov Srvena Zvezda, Serbiya
21 Əli İbrahim Qarabağ
22 Elnur Abdullayev Neftçi

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43