25 Sentyabr 2024
İdman

AMADA qadın voleybolçular üçün seminar təşkil etdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) qadın voleybolçular üçün antidopinq maarifləndirmə seminarı təşkil edib.

İdmanxeber.az-ın məlumata görə, iştirakçılara qadağan olunmuş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı və onun tərtib olunma meyarları, yarış vaxtı və yarışdan kənarda test götürülmə qaydaları, idmançıların məkan məlumatları, ADAMS sistemi, terapevtik istifadə üçün istisnalar və digər vacib məqamlar barədə geniş məlumat verilib.

Əvvəlcə sorğuda iştirak edən idmançılar maarifləndirmə seminarından sonra da öz biliklərini yoxlayıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43