22 Dekabr 2024
Ölkə futbolu

İdmanxeber.az-ın əməkdaşı Keyta ilə bağlı Türkiyə mətbuatına danışdı

“Qarabağ”ın futbolçusu Hamidu Keytanın “Konyaspor”a transfer olunduğunu bildirmişdik.

Fransalı futbolçunun keçidinə qardaş ölkə mətbuatında da yer verilib. “Yenihaber” nəşri Keytanın performansı ilə bağlı İdmanxeber.az saytının əməkdaşı Həsən Quluzadə ilə əlaqə saxlayıb.

Saytımızın redaktoru 26 yaşlı futbolçunun “Konyaspor” üçün uğurlu transfer ola biləcəyini vurğulayıb:

“Keyta “Zirə” klubundan “Qarabağ”a transfer olunmuşdu. O, sabiq klubunda sürəti və bitiriciliyi ilə diqqət çəkdi. Bu performansına görə də Ağdam klubuna keçdi. Ancaq “Qarabağ”da oyun sistemi fərlqidir. “Köhlən atlar” Azərbaycan Premyer Liqasının çox üzərindədi çıxış edir. Bəlkə də bu səbəbdən Keyta komandada möhkəmlənə bilmədi. Ancaq “Konyaspor”a faydalı ola bilər. Bu, məşqçinin quracağı sistemdən asılıdır”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43