20 Sentyabr 2024
Ölkə futbolu

AFFA nümayəndəsi UEFA-dan təyinat aldı

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun I mərhələsində keçiriləcək “Jalgiris” (Litva) – TNS (Uels) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşmanı qazaxıstanlı baş hakim Rustam Omarov idarə edəcək.

Qeyd edək ki, Vilnüs şəhərində yerləşən LFF stadionunda təşkil olunacaq görüş sentyabrın 18-də baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43