20 Sentyabr 2024
Ölkə futbolu

Millimiz Türkiyə ilə heç-heçə etdi

U-17 millimiz hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
İdmanxeber.az-ın məlumatına görə, Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç 0:0 hesablı bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43