Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə “Turan Tovuz”un Gəncədə təlim-məşq toplanışınü davam etdirəcəyini xəbər vermişdik.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Kurban Berdiyevin başçılıq etdiyi kollektiv sabahdan bir araya gələcək. Komanda təxminən 5 gün ərzində Gəncədə hazırlığını keçəcək. Fasilə zamanı komandanın hər hansı bir yoxlama matçı keçirməsi planlaşdırılmır.
Qeyd edək ki, Tovuz təmsilçisi sentyabrda da Gəncədə hazırlıqlarını davam etdirmişdi.