UEFA Millətlər Liqası qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, millimiz qarşıdakı görüşdə rəqibindən üstün görülüb. Bukmeker konturları Estoniyanın qələbəsinə 3,5 əmsal təyin edibsə, Azərbaycan millisində qalibiyyət rəqəmi 2,49-dur.
Oyunun heç-heçə bitmə ehtimalı isə 3,3 olaraq bəlirlənib.
Estoniya – Azərbaycan matçı sabah saat 20:00-da start götürəcək.