“Atletiko”nun (Mineyro) hücumçusu Hulk 21-ci əsrdə klubun bombardiri olub.
İdmanxeber.az-ın məlumatına görə, Braziliya çempionatının 6-cı turunun “Qremio” ilə oyununda (2:1) forvard “Belu Horizonte” klubunun heyətində 113-cü qolunu vurub. Bununla da 38 yaşlı futbolçu 2011-2012-ci illərdə “Anji”də çıxış edən həmyerlisi Dieqo Tardellinin (112 qol) rekordunu təzələyib.
Forvard 2021-ci ildən “Atletiko”da çıxış edir. Bu mövsüm 41 oyunda 18 qol vurub.