“Azərbaycan millisi ilə ötən seçmə mərhələdəki oyunlar bizə rəqibin səviyyəsi və keyfiyyəti ilə bağlı nələrisə göstərdi. Təəssüf ki, həmin matçlarda onlardan cəmi bir xal ala bildik. Əslində bu, Azərbaycan yığmasının kifayət qədər layiqli rəqib olduğunu göstərir”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Estoniya yığmasının baş məşqçisi Yurgen Henn UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Mütəxəssis görüşün çətin keçəcəyini bildirib: “Təbii ki, bizi asan oyun gözləmir. Yaxşı nəticə qazanmaq üçün hər cəhətdən hazır olmalıyıq. Rəqibin heyətində sürətli və keyfiyyətli futbolçular çoxdur. Meydanda onlara qarşı layiqli mübarizə aparmalıyıq”.
Qeyd edək ki, oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. (Azertac)