23 Oktyabr 2024
Ölkə futbolu

Millimiz Estoniyada dəstəksiz qalmayacaq

Azərbaycan millisi UEFA Millətlər Liqası qrup mərhələsinin III turunda Estoniya ilə üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, yığmamız səfərdə baş tutacaq görüşdə dəstəksiz qalmayacaq. 200-dən çox həmyerlimiz komandamızı qələbəyə səsləyəcək.

Qarşılaşma sabah saat 20:00-da start götürəcək.

Xatırladaq ki, Estoniya və Azərbaycan millilərinin geridə qalan iki oyundan sonra xalı yoxdur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43