23 Oktyabr 2024
Ölkə futbolu

Namik Ələskərov akademiyanın futbolçuları ilə görüşdü – FOTOLAR

“Sabah”ın əsas komandasının üzvü Namik Ələskərov klubun futbol akademiyasının U-14 və U-15 komandalarının futbolçuları ilə görüşüb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Namik yeniyetmə oyunçularla söhbət edib, öz məsləhətlərini verib, onların suallarını cavablandırıb.

Görüşdə “Sabah” akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov, həmçinin U-14 və U-15 komandalarının baş məşqçiləri İlqar Mənsimov və Şahin Zeynalov da iştirak ediblər.

Görüşdən fotoları təqdim edirik:

 

 

 

 

 

 

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43