“Fənərbağça”nın futbolçusu Osayi Samuel klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun mövsüm sonu müqaviləsi bitir. O, hələ “Fənər”lə yeni sözləşmə imzalamayıb.
Futbolçunun adı artıq “Qalatasaray”la hallanır. Onun “sarı-qırmızılar”ın gündəmində olduğu iddia edilir.
26 yaşlı futbolçu “Fənərbağça” forması ilə çıxdığı 145 rəsmi matçda 7 qol vurub.