22 Oktyabr 2024
Dünya futbolu

Benzia bol qollu oyunu kənardan izlədi

Afrika kubokunda 3-cü turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın futbolçusu Yadsin Benzianın şərəfini qoruduğu Əlcəzair millisi öz meydanında Toqo ilə qarşılaşıb. 6 qolun qeydə alındığı matçda Əlcəzair qələbəni bayram edib – 5:1.

Adı iştirak ərizəsində olan Benzia bu oyunda meydana çıxmayıb.

Hazırda aktivində 9 xal olan komanda E qrupunda liderdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43