“Gözləntilər olmayanda hamı məyus olur. Amma nəzərə alaq ki, klub baş məşqçiləri də futbolçularımızın tam hazır olmadığını bildirir. Fernandu Santuş Estoniya oyunu öncəsi əlimizdə futbolçularla oynamalı və onları inkişat etdirməliyik bildirmişdi. Bu sözlərdən başa düşdüyüm budur ki, klublar oyunçuları inkişaf etdirməlidir”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürov Azərbaycan milli komandasının çıxışı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Estoniya matçında heyətə baxında göründü ki, məşqçinin fikri müdafiə ilə hücum balansını qorumaqdan ibarətdir. Elvin Cəfərquliyevlə Abbas Hüseynov “Qarabağ”da da eyni funksiyanı yerinə yetirirlər. Sadəcə klubdan fərqli olaraq millidə üçlü müdafiə bu futbolçuların daha çox hücumda olmalarını təmin etməlidir. Yalnız hücuma çıxmaq da bəs etmir, irəlidə son ötürmələri vermək də önəmlidir. Bugünkü rəqib daha güclüdür. Slovakiyaya qarşı necə oynayacağımızı indidən demək çətindi. Rəqib Estoniyadan da güclüdür.
Həsən Quluzadə