“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “İnter Mayami”nin hücumçusu Lionel Messini tarixin ən yaxşı futbolçusu hesab edir.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis argentinalı oyunçu barədə xoş sözlər söyləyib:
“Messi 15 il ərzində hər üç gündə bir ardıcıllıq nümayiş etdirdi. Onu hər gün görməliyəm. O, bənzərsizdir”.
Qvardiola Messini 2008-2012-ci illərdə “Barselona”da çalışdırıb. Onlar birlikdə üç dəfə İspaniya çempionu olub, ölkə kubokunu və iki dəfə Çempionlar Liqasını qazanıblar.