21 Dekabr 2024
Dünya futbolu

Almaniya millisi baş məşqçisi ilə müqavilə uzadır

Almaniya Futbol Federasiyası millinin baş məşqçisi Julian Nagelsmannla müqaviləni uzatmağı planlaşdırır.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik mütəxəssisin DÇ-2026-dan sonra da vəzifəsində qalmasını istəyir. Nagelsmann 2023-cü ilin sentyabrından Almaniya millisini çalışdırır. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır.

37 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Almaniya millisi ilə16 oyunda 9 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət alıb.

Nagelsmann əvvəllər “Hoffenhaym”, “Leyptsiq” və “Bavariya”nı çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43