“Sumqayıt” komandasının yeni çalışdırıcısının adına aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Vaqif Cavadova həvalə edilib.
Bu postda bu gün klubla qarşılıqlı razılıq əsasında yollarını ayaraq “Neftçi”yə keçən Samir Abasovu əvəzləyən 35 yaşlı mütəxəssis bunadək “Sumqayıt”ın əvəzedicilərini çalışdırıb.