“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes zədəsini sağaldıb.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu artıq məşqlərə qayıdıb. “Barselona”nın növbəti oyunu oktyabrın 20-də La Liqada “Sevilya”ya qarşı olacaq.
Fermin Lopez sentyabrın əvvəlində İspaniya gənclər komandasında olarkən zədələnmişdi. O, bu mövsüm üç matçda meydana çıxıb.