Bu gün Misli Premyer Liqasında 2-ci dövrə başlayacaq.
İdmanxeber.az xəbər verir ki, bununla da çempionatda 12 günlük fasilə yekunlaşacaq.
10-cu turun ilk oyun günündə 1 matç keçiriləcək. Autsayder “Kəpəz” son çempion və hazırkı lider “Qarabağ”ı qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək.
Tura 19 və 20 oktyabr tarixində oynanılacaq matçlarla yekun vurulacaq.
Misli Premyer Liqası, 10-cu tur
18 oktyabr (cümə)
18:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Asiman Əzizli, Əkbər Əhmədov
VAR: Kamal Umudlu
Tovuz şəhər stadionu