24 Dekabr 2024
İdman

Avarçəkənlərimiz beynəlxalq reqatada daha iki medal qazandılar

Azərbaycan komandası “Mingəçevir Reqatası-2024” beynəlxalq turnirində növbəti medallarını qazanıb. 

İdmabxeber.az-ın məlunatına görə, komandamızın heyətində Azər İlyasov və Tunar Məmmədzadə cütlüyü 2008-2009-cu illər təvəllüdlü idmançılar arasında ikinəfərlik akademik avarçəkmə yarışında birinci yeri tutub.  

Yığmamıza digər medalı isə 2006-2007-ci illər təvəllüdlü idmançılar arasında birnəfərlik kayak qayığında mübarizə aparan Amil Ramazanov qazandırıb. Təmsilçimiz 1000 metr məsafəyə yarışda gümüş medala sahib çıxıb. 

Bu Amil Ramazanovun “Mingəçevir Reqatası-2024″də üçüncü medalı olub. O, yarışın ilk iki günündə iki qızıl medal qazanmışdı.  

Bununla da Azərbaycan avarçəkənlərinin beynəlxalq reqatada qazandığı medalların sayı 13-ə (4 qızıl, 4 gümüş, 5 bürünc) çatıb. 

Qeyd edək ki, beynəlxalq reqatada 12 ölkəni təmsil edən 100-ə yaxın idmançı mübarizə aparır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43