Azərbaycan II Liqasında daha bir biabırçı durum yaşanıb.
İdmanxeber.az-ın məlumatına görə, “Füzuli” komandası 7-ci turu çərçivəsində hazırda qarşılaşdığı “Göygöl”lə matça bir nəfər azlıqda çıxmalı olub.
Qarabağ klubu bu səfərə aparmağa futbolçu tapa bilmədiyindən meydana 10 nəfərlə çıxmalı olub.
Xatırladaq ki, qarşılaşma saat 15:00-da start götürüb.