“Atalanta”nın futbolçusu Şarl de Ketelare karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Mançester Siti” və “Arsenal”ın maraq dairəsinə düşüb. Sözügedən klublar De Ketelareni transfer etməkdə israrlıdı. Tərəflər arasında danışıqların getdiyi, lakin müsbət sonluğun hələ ki, olmadığı bildirilir.
Qeyd edək ki, futbolçi iki mövsümdü “Atalanta”da çıxış edir.