“Barselona” gənc futbolçusu Qavi ilə müqavilə uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə klub rəhbəri Xuan Laporta açıqlama verib. O bildirib ki, gənc oyunçuyla yaxın zamanda yeni sözləşmə imzalanacaq.
Qavinin klubuyla hazırkı müqaviləsi 2026-cı ildə başa çatır.