Dünya futbolu

Abdullah Avcı “Trabzonspor”dan getdi

“Trabzonspor”dan klun prezidenti Ahmet Ağaoğlunun ardından daha bir istefa qeydə alınıb.

İdmanxeber.az-ın məlumatına görə, Trabzon təmsilçisinin baş məşqçisi Abdullah Avcı vəzifəsindən ayrılıb. O, klubda keçiriləcək prezident seçkiləri öncəsi belə bir qərar almaq istədiyini bildirib.

Avcı “Trabzonspor”da çıxdığı 116 oyunda 65 qələbə, 29 heç-heçə və 22 məğlubiyyət alıb. O, ötən mövsüm “Karadeniz” təmsilçisi ilə Super Liqa çempionluğu yaşayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43