Dünya futbolu

“Fənərbağça”dan hücumçusuna şərtli müqavilə təklifi

“Fənərbağça” qolcu futbolçusu Enner Valensiyanı komandada saxlamaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi ekvadorlu hücumçunu heyətdə saxlmaq üçün ona yeni bir müqavilə təklif etməyə hazırlaşır. Rəhbərlik Valensiyaya 1+1 illik sözləşmə təklif edib.

Ancaq klub yeni müqavilədə Valensiyadan maaşının azlatmasını gözləyir. Belə ki, hazırda “Fənərbağça”da illik 2,5 milyon avro qazanan təcrübəli forvarda 1,7 milyon təklif edilib.

Ekvadorlu oyunçu bu təkliflə razılaşsa, onunla müqavilə yenilənəcək.

Ennerin klubu ilə müqaviləsi mövsüm sonuna qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43