Kateqoriyasız

“Aberdin” – “Qarabağ” matçında anşlaq olacaq

UEFA Konfrans Liqasının pley-off mərhələsində Şotlandiyada keçiriləcək “Aberdin” – “Qarabağ” cavab oyununa böyük maraq var.

İdmanxeber.az-ın məlumatına görə, “Pittodri” stadionunda oynanılacaq matç üçün 10 mindən çox bilet satılıb. Satışa isə ümumilikdə 18 min bilet çıxarılıb.

Avqustun 26-da keçiriləcək “Aberdin” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında Bakıdakı ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43