22 Dekabr 2024
Kateqoriyasız

AÇIQLANDI: “Qarabağ” və “Qəbələ” fərqi

Dünyanın məşhur bukmeker kontorları Avropa Liqasının pley-off mərhələsinin cavab görüşləri üçün əmsalları açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, qrup mərhələsinin bir addımlığında olan “Qarabağ” və “Qəbələ”nin də cavab matçlarındakı əmsalları bəlli olub.

İsveçrənin Bern şəhərində “Yanq Boyz”a qalib gələn “Qarabağ” Bakıdakı revanş matçının favoritidi. Aşkar favorit qismində göstərilməsə də, “Qarabağ” isveçrəlilər qarşısında nisbətdə şanslıdı. Ağdam klubunun qələbəsinə 2.10, “gənc oğlanlar”a isə 3.20 əmsal verilib. Matçın heç-heçəsinə açılan əmsal isə 3.30-du.

İlk görüşdə öz meydanında qolsuz heç-heçə edən “Qəbələ”nin Afinada işi olduqca çətindi. “Panatinaikos”un qələbəsinə 1.40 əmsal verilibsə, “qırmızı-qaralar”da bu 7.50-yə bərabərdi. Qarşılaşmanın heç-heçəsinə verilən əmsal isə 4.00-du.

Qeyd edək ki, cavab matçları avqustun 27-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43