08 Sentyabr 2024
Ölkə futbolu

Adil Şükürov: “İşimiz keçənilkindən daha çətin olacaq”

“Bir-iki oyunçu axtarırıq. Baxırıq, araşdırırıq. Alınıb-alınmayacağı bəlli deyil. Bir braziliyalı, bir portuqaliyalı futbolçu var baxdığımız. Büdcəmiz uyğun olsa, danışıqlar müsbət yekunlaşsa, iki nəfəri heyətimizə qatacağıq. Yoxlanışda olan futbolçular barədə isə hələ tam qərar verməmişik. Məşqlərdə əvəzedici heyətdən 8 futbolçu dəvət etmişik. Onlar davamlı bizlə çalışır. O uşaqları hazırlamağa çalışırıq. İstəyirik ki, azərbaycanlı futbolçular qazanaq”.

Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in baş məşqçisi Adil Şükürov komandanın növbəti mövsüm hazırlığı barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Artıq bir neçə yoxlama oyunu keçirmişik. Rəqiblərin yaxşı komanda olduqlarını siz də gördünüz. İşimiz keçənilkindən daha çətin olacaq. Bizdə çıxış edən oyunçuların əksəriyyəti əvəzedicidən gəlib. Daha çox çalışmalıyıq. Bunu hər dəfə futbolçulara da deyirik. Bu ilki çempionat çox ağır olacaq. Çünki komandalar artıq formalaşmış heyətlərlə mübarizə aparacaq. Həmişə klublarda heyətlər tamamən dəyişirdi. Ancaq bu il elə olmadı. Hamı hazır heyətini gücləndirməklə məşğuldu.

Mövsümün ilk oyunları isə həmişə daha fərqli olur. Komandanın oturması, hazır olması çox önəmlidi. Mövsümə “Sumqayıt”la başlayırıq, daha sonra “Qarabağ”la görüşəcəyik. Təqvimimiz çətindi. İki komanda da avrokuboklarda mübarizə aparır. Hər ikisi də hazırlığa bizdən tez başlayıb, daha yaxşı formalaşıblar. Onun üçün bizim işimiz çox ağırdı. Üstəlik unutmayaq ki, hər oyunumuzu səfərdə keçirəcəyik”.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43