Macarıstan təmsilçisi “Fehervar” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, komanda yarımmüdafiəçi Gerqo Omingeri icarə əsasında heyətinə qatıb. Futbolçu Macarıstanın U-21 millisində də çıxış edir.
Xatırladaq ki, “Fehervar” UEFA Konfrans Liqası II təsnifat mərhələsində “Sumqayıt”ın rəqibidi. Tərəflər arasında ilk matçı iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

