“Ölkəyə alışmaq üçün bazar ertəsi Azərbaycan gəldim. Hər şey qaydasındadır. Komandaya tez uyğunlaşacam. “Qarabağ”a keçməyə iki gün qalmış, danışıqların hansı səviyyədə olduğunu bilmirdim”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Redon Cici Albaniya mətbuatına müsahibəsi zamanı deyib. O, “Tirana”dan ayrılmasına və “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ilə danışmağını da münasibət bildirib:
“Komandanın bombardiri getdiyi üçün üzülsələr də, gəlir gətirdiyim üçün sevinə bilərlər. Orada xoşbəxt idim, darıxacağım dostlar var. Məşqçi ilə də münasibətim əla idi. Klubdan ayrılanda mənə uğurlar arzuladı. O, yalnız karyeramın sonunda Albaniyaya qayıtmağı məsləhət gördü.
Aqolli ilə də bu barədə danışdım. Çox sevindi və mənə bir neçə məsləhət verdi. Gördüyüm qədəri ilə Aqolli klubun əfsanəsidir. Mən də adımı klubun tarixinə yazdırmaq istəyirəm”.