30 Oktyabr 2024
Ölkə futbolu

AFFA açıqladı: VAR Mərkəzi fəaliyyətini dayandırdı

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı Olimpiya Stadionunun ərazisindəki VAR Mərkəzi 01.02.2025-ci il tarixinədək fəaliyyətini dayandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Bu səbəbdən 2024/2025-ci illər mövsümü üzrə Azərbaycan Kuboku və Misli Premyer Liqası çərçivəsində keçiriləcək oyunlarda VAR-ın təşkili yalnız səyyar VAR nəqliyyat vasitəsi ilə mümkün olacaq.

Qeyd edək ki, AFFA-nın balansında hazırda 2 ədəd səyyar VAR nəqliyyat vasitəsi var. AFFA ötən mövsümlərdə olduğu kimi, Misli Premyer Liqasının və Azərbaycan Kubokunun bütün oyunlarında VAR sisteminin tətbiq olunmasına çalışacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43