20 Yanvar 2025
Dünya futbolu

Volkan Demirel Super Liqa klubuna doğru

“Fənərbağça”nın sabiq futbolçusu Volkan Demirel Super Liqaya qayıdır.

İdmanxeber.az-ın məlumatına görə, 43 yaşlı mütəxəssis “Bodrum”u çalışdıracaq. Tərəflər arasında davam edən danışıqlar müsbət nəticələnib.

Qeyd edək ki, “Bodrum” Super Liqada 10 turdan sonra 10 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43