27 İyul 2026
Dünya futbolu

“Arsenal”ın israrı davam edir – 70 milyon təklif ediləcək

“Arsenal” “Nyukasl”ın kapitanı Bruno Gimarayeşin transferi üçün növbəti təklifini hazırlayır.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisi braziliyalı yarımmüdafiəçini yay transfer pəncərəsinin əsas hədəflərindən biri hesab edir. “Nyukasl” futbolçunu satmaq istəməsə də, yüksək məbləğdə təklif gələcəyi təqdirdə danışıqlara başlaya bilər.

İddialara görə, “Arsenal” yaxın günlərdə 70 milyon funt sterlinq civarında rəsmi təklif göndərəcək. 28 yaşlı yarımmüdafiəçi ötən mövsüm 46 oyunda 8 qol vurub, 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43