28 İyul 2026
Dünya futbolu

“Çelsi”nin transfer istəyi baş tutmadı

“Çelsi” “Sanderlend”in kapitanı Qranit Xakanı transfer etmək planından imtina edib.

İdmanxeber.az-ın məlumatına görə, London təmsilçisinin 8 milyon funtluq təklifi rədd edilib və futbolçunun satılmayacağı bildirilib. Xakanın özü də komandada qalmağa üstünlük verir.

Beləliklə, “Çelsi” yarımmüdafiə üçün alternativ namizədlərə yönələcək.

33 yaşlı futbolçu ötən mövsüm 42 matçda 5 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43