28 İyul 2026
Ölkə futbolu

“Neftçi” Varqas üçün nə qədər ödədi?

“Neftçi”nin yeni transferi Freddi Varqasın keçidi ilə bağlı yeni detallar məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, Bakı təmsilçisi futbolçunun transferi üçün onun sabiq klubu İsrailin “Makkabi” (Netanya) klubuna 450-500 min dollar civarında təzminat ödəyib.

Qeyd edək ki, “Makkabi” rəhbərliyi əvvəlcə 25 yaşlı yarımmüdafiəçinin transferi üçün 900 min dollar tələb edirdi. Lakin tərəflər arasında aparılan danışıqlardan sonra məbləğin xeyli aşağı salındığı bildirilir.

Xatırladaq ki, Freddi Varqas bir neçə gün əvvəl “Neftçi” ilə rəsmi müqavilə imzalayıb və paytaxt klubunun heyətinə qoşulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43