28 İyul 2026
Kateqoriyasız

“Qarabağ”dan ayrılan futbolçu Belçika klubunda

“Qarabağ”dan ayrılan Emmanuel Addai karyerasını Belçikada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, qanalı cinah hücumçusu yüksək liqa təmsilçisi “OH Leuven” ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. 24 yaşlı futbolçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Addai 2024-cü ildən “Qarabağ”ın şərəfini qoruyurdu və bu yay başa çatan müqaviləsi yenilənmədiyi üçün komandadan ayrılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43