“Real”ın yarımmüdafiəçisi Arda Gülərin yay transfer pəncərəsində komandadan ayrılacağı ilə bağlı iddialar təsdiqini tapmayıb.
İdmanxeber.az xəbər verir ki, baş məşqçi Joze Mourinyo mövsümöncəsi hazırlıq zamanı türkiyəli futbolçunun çıxışından razı qalıb və onu yeni mövsümün əsas planlarına daxil edib.
Portuqaliyalı mütəxəssis Arda Gülərin komandada qalmasını istəyir və onun ayrılığı variantı klub rəhbərliyi tərəfindən nəzərdən keçirilmir. Mourinyo 21 yaşlı yarımmüdafiəçiyə yeni mövsümdə daha çox oyun vaxtı verməyi planlaşdırır.
Arda Gülər ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 51 oyuna çıxıb, 6 qol vurub və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

