Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Everton”un hücumçusu İliman Ndiayeni transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, Ər-Riyad təmsilçisi seneqallı futbolçu üçün yaxın günlərdə rəsmi təklif göndərəcək. “Everton” rəhbərliyi isə hələlik oyunçunun satışı ilə bağlı yekun qərar verməyib.
Bildirilir ki, klub yalnız sərfəli maliyyə təklifi alacağı halda transferə razılıq verə bilər. Danışıqların yaxın günlərdə daha da intensivləşəcəyi gözlənilir.
Ndiaye 2025/26 mövsümündə “Everton”un heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

