27 İyul 2026
Dünya futbolu

“Aston Villa” Palinyanı icarəyə götürmək istəyir

“Bavariya”nın yarımmüdafiəçisi Joao Palinya yenidən Premyer Liqaya qayıda bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Aston Villa” portuqaliyalı futbolçunu icarəyə götürmək üçün danışıqlara başlayıb. “Benfika” da 30 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Münhen təmsilçisi uyğun təklif gələrsə, onun gedişinə mane olmayacaq. Tərəflər arasında danışıqların yaxın günlərdə sürətlənəcəyi gözlənilir. 

Palinya 2025/26 mövsümündə “Bavariya”nın heyətində bütün turnirlərdə 31 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43