26 İyul 2026
Ölkə futbolu

“Kəpəz”də zambiyalı futbolçu – Rəsmi

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Kəpəz” daha bir transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, Gəncə təmsilçisi Kennet Kalunqanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı cinah yarımmüdafiəçisi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Zambiyalı futbolçunun son klubu “Mingəçevir” olub.

Qeyd edək ki, “Kəpəz” bu yay Rojerio Santos (son klubu “İroni Tiberias”, İsrail), Vadim Abdullayev (son klubu “Karvan-Yevlax”) və Azuma Abubakarı (son klubu  “Lustenau”, Avstriya) da transfer edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43